AZ

“Patriot”-lar Avropaya yeddi ilə gətiriləcək

“Patriot”-lar

Amerikanın yeni “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin istehsalı və Avropaya göndərilməsi təxminən yeddi il çəkəcək.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun Müttəfiq Transformasiya üzrə Ali Baş Komandanı Pyer Vande “Euractiv”ə deyib.

Admiral bildirib ki, tədarüklərin vaxtı Avropa ölkələrinin mövcud raket sistemlərini (ABŞ-dan əvəzedicilər aldıqda) Ukraynaya nə qədər tez və hansı miqdarda ötürə biləcəklərini müəyyən edəcək.

“Euractiv” yazır ki, Avropa ölkələri “Patriot”-un Ukrayna tərəfinə keçməsi ilə əlaqədar öz hava hücumundan müdafiə sistemində uzunmüddətli boşluqların yaranmasından narahatdırlar.

Qeyd olunur ki, Avropa arsenalları Kiyevə əvvəlki silah tədarükləri səbəbindən artıq tükənib.

ELÇİN
Seçilən
0
1
reyting.az

2Mənbələr