AZ

“Android” zirvədə, “Windows” və iOS təqibdə - Əməliyyat sistemlərinin Azərbaycanda bazar payı

Bakı. Trend:

Bu ilin iyul ayında “Android” əməliyyat sisteminin Azərbaycanbazarında payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq57,92 faiz təşkil edib.

Bu barədə Trend “Global Stats” Statistika Mərkəzindən məlumatəldə edib.

Məlumata əsasən, Azərbaycanın əməliyyat sistemi bazarında ikinciyeri “Microsoft Windows” proqram məhsulları tutur.

Belə ki, cari ilin iyun ayı ilə müqayisədə iyulda “MicrosoftWindows” əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 6,1faiz bəndi artaraq 18,33 faizə bərabər olub.

Üçüncü mövqedə 13,55 faiz bazar payı ilə iOS əməliyyat sistemiqərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari iliniyun ayı ilə müqayisədə iyulda ayında 3,89 faiz bəndi artıb.

Hesabat dövründə digər əməliyyat sistemləri üzrə olan paybölgüsü: “OS X” – 1,61 faiz, “Linux” – 1,27 faiz, naməlum əməliyyatsistemləri – 2,69 faiz, “Samsung” – 0,27 faiz, “Chrome O” – 0,01faiz, “macOS” – 2,54 faiz, digərləri – 0,03 faiz.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr