AZ

"Azərbaycan və Özbəkistan tərəfləri birgə IT-hab yaradılması ilə bağlı danışıqlar aparır"

- Startapların və rəqəmsal innovasiyaların dəstəklənməsi sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində “IT Park Uzbekistan” və “Sabah.Hub” (Azərbaycan) arasında birgə IT-habın yaradılması ilə bağlı aktiv danışıqlar aparılır.

Bunu Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, birgə startapların və innovativ layihələrin dəstəklənməsi, iki ölkənin ekspertlərinin iştirakı ilə təlim və akselerasiya proqramlarının keçirilməsi, perspektivli layihələrin aşkarlanması və onların beynəlxalq bazarlara çıxarılmasına yönəlmiş birgə hakatonların, "startup weekends" və demo günlərinin keçirilməsi üçün platforma olacaq.

"“IT Park Uzbekistan”ın vençur bölməsi olan “IT Park Ventures” birgə akselerasiya proqramlarında iştirak edən startapların birgə maliyyələşdirilməsi, ixrac potensialı olan layihələrə yönəlmiş birgə investisiya alətlərinin, məsələn, birgə investisiya fondunun (co-investment fund) yaradılmasına açıqdır. Həmçinin, Azərbaycan və Özbəkistan startaplarının hər iki ölkədən və üçüncü bazarlardan investor sindikatları cəlb edə biləcəkləri beynəlxalq investisiya raundlarında iştirak məsələləri üzrə Azərbaycanın vençur fondları və institusional investorları ilə dialoqa maraq göstərilir",- Oleq Pekos deyib.

Seçilən
4
2
marja.az

2Mənbələr