GÖYGÖL, 4 avqust. TELEQRAF
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Quşqara kəndində 1.20 hektar biçilmiş əkin sahəsi kənd sakini tərəfindən qəsdən yandırılıb.
Hadisənin törədilməsində şübhəli bilinən F. Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində inzibati tənbeh tədbiri görülüb.