AZ

Taleyin cəzasıdır, dostlarımı dəfn edirəm Anar ağladı

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir. 

Axşam.az-ın məlumatına görə, Xalq yazıçısı Anar mərasimdə çıxış edib. E.əfəndiyevlə bağlı xatirələrini bölüşən Anar göz yaşlarını saxlaya bilməyib:

"Çox ağırdır. Ədəbiyyatımız böyük yazıçını itirdi. Yaxınları qayğıkeş ailə başçısını, mən isə ən yaxın dostumu itirdim. Bilmirəm, taleyin nə cəzasıdır ki, dostlarımın dəfn mərasimində çıxış etməli oluram. Hər şeydən əvvəl Elçin mənim üçün çox vəfalı dost idi. 60 ildir biz hər gün ya görüşür, ya danışırdıq. İndi heç kim qalmayıb. Bilmirəm ki, indi kimə zəng edib, ən məhrəm sözlər deyə biləcəyəm. Bu da görünür ki, taleyin cəzasıdır dostlarımı dəfn edirəm və mərasimdə çıxış edirəm. Çıxış edə bilmirəm. Allah Elçinə rəhmət eləsin".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
axsam.az

2Mənbələr