AZ

Aktrisa Loni Andersonun "hündür dabanlı həyatı" SONA ÇATDI

Əfsanəvi amerikalı aktrisa Loni Anderson uzun sürən xəstəlikdən sonra Los-Ancelesdə vəfat edib.

Publika.az xəbər verir ki, ulduzun ölüm xəbərini publisist Şeril J. Kaqan açıqlayıb. Loninin ölüm xəbərini ailə üzvləri də təsdiqləyiblər.

"Radio Sinsinnati"də fərasətli katib Cennifer Marlou rolunu oynayan Anderson bazar günü vəfat edib.

Bu layihədə aktrisa hər zaman dikdaban ayaqqabıda görünən cazibədar sarışın obrazı yaradıb. Bu rola görə o, üç dəfə "Qızıl Qlobus" və iki dəfə "Emmi" mükafatına namizəd olub.

Loni Anderson kino və televiziyadakı rəngarəng sarışın komediya personajları ilə geniş şöhrət qazanıb. Onun kinoda ilk rolu Stiv Makkuinin baş rolda olduğu "Nevada Smit" (1966) filmində olub.

Anderson "Anamın gizli həyatı" (1984) melodramında da baş rolu oynayıb. Loni 60-dan çox film və televiziya layihəsinin yaradılmasında iştirak edib, ən məşhurları arasında "Sevgi qayığı", "Tək oğlan", "Yeniyetmə cadugər Sabrina" və "Ata" var.

Qeyd edək ki, aktrisa dörd dəfə evlənib. Onun ilk evliliyi 1964-cü ildə Brus Xossilberq ilə olub. Onların münasibətləri iki il sonra bitib. Loninin ikinci evliliyi Ross Bikell ilə olub və səkkiz il davam edib. "Stroker" filminin çəkiliş meydançasında Anderson 1988-ci ildə evləndiyi aktyor Bert Reynold ilə tanış olub. Cütlük 1993-cü ildə boşanıb. 2008-ci ildə ekran ulduzu musiqiçi Bob Fliklə ailə həyatı qurub.

Seçilən
66
publika.az

1Mənbələr