AZ

Ukrayna qırıcılarını qorumaq üçün yeraltı bunkerlər tikir

Ukrayna F-16 və Mirage qırıcılarını rus qoşunlarının zərbələrindən qorumaq məqsədilə gizli yeraltı bunkerlər inşa etməyə başlayıb.

Doğru.az xəbər verir ki, bu barədə “The National Interest” nəşrində məlumat yer alıb.

Məqalədə qeyd olunur ki, F-16 və Mirage 2000 təyyarələri radarlar tərəfindən aşkarlanmamaq üçün xüsusilə cəbhə xəttinə yaxın ərazilərdə çox aşağı hündürlüklərdə uçuşlar həyata keçirir.

Bununla yanaşı, Ukrayna həmin qırıcıların təhlükəsizliyini təmin etmək üçün onların saxlanması məqsədilə yeraltı sığınacaqlar hazırlayır.

Yazıda həmçinin bildirilir ki, Kiyevə müttəfiqlər tərəfindən göndərilən bu qırıcılar Rusiya qoşunları üçün prioritet hədəflərə çevrilib.

Qeyd edək ki, iyulun 22-də Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Fransanın istehsalı olan “Mirage 2000” təyyarəsi döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.

DOĞRU.AZ

Seçilən
5
1
dogru.az

2Mənbələr