Məlum olduğu kimi, Ribero "Neftçi" ilə razılığa gəlsə də, Konfrans Liqasının ilk mərhələsində "Araz Naxçıvan"a kömək edəcəkdi.

Rekord.az xəbər verir ki, sözügedən müdafiəçi hər iki oyunda forma geyindi. 

Yunanıstandakı matçın ikinci hissəsində qırmızı vərəqə alaraq, meydançadan qovulsa da, ümumilikdə pis təsir bağışlamadı və istər Bakıdakı oyunda, istərsə də Yunanıstandakı matçın ilk hissəsində etibarlı oyunu ilə seçildi. Yəni belə deyək, "Araz Naxçıvan" Riberonun səfasını gördü. Cəfasını isə "Neftçi" çəkəcək. Belə ki, əgər paytaxt klubu yeni mövsümün yekunlarına görə avrokuboklara vəsiqə qazansa, Ribero avrokubokların ilk mərhələsinin ilk matçında "Neftçi"yə kömək edə bilməyəcək.