AZ

"Çelsi" 19 yaşlı müdafiəçi transfer edib

İngiltərənin "Çelsi" klubu "Ayaks"dan gənc sol cinah müdafiəçisi Jorrel Hatonu transfer edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada 19 yaşlı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalandığı bildirilib.

Ajax gənclər akademiyasından əsas komandanın heyətinə keçən Hato 111 oyunda 4 qol vurub.

İngiltərə mətbuatının xəbərinə görə, transfer 43 milyon avro qarşılığında olub.

Fərid

MİA.AZ

Seçilən
11
1
mia.az

2Mənbələr