AZ

Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatıb

Qəzza zolağında davam edən humanitar böhran nəticəsində aclıqdan ölənlərin sayı artır.

"Operativ Məlumat Mərkəzi-OMM" Fələstin anklavının Səhiyyə Nazirliyinin Teleqram kanalına istinadən xəbər verir ki, son 24 saat ərzində aclıq və qida çatışmazlığı səbəbindən daha 5 nəfər həyatını itirib.

Bununla da aclıqdan ölənlərin ümumi sayı 180-ə çatıb. Onlardan 93-ü uşaqlardır.

Nazirliyin yaydığı son statistikaya əsasən, 2023-cü ilin oktyabrından bəri bölgədə baş verən hərbi əməliyyatlar nəticəsində ümumi ölənlərin sayı 60 min 430 nəfər olub. Xəsarət alanların sayı isə 148 mini ötüb.

Qeyd olunur ki, 2 mart 2025-ci ildən etibarən Qəzza zolağına heç bir beynəlxalq humanitar yardım daxil olmur. İsrailin qərarı ilə bütün keçid məntəqələri bağlı saxlanılır. Hazırda qida yardımı yalnız ABŞ və İsrail tərəfindən idarə olunan “Qəzzaya Humanitar Yardım Fondu” vasitəsilə paylanır.

Mart ayında İsrail ordusu yanvarda əldə olunmuş atəşkəs rejimini pozaraq Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib. Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların bir neçə raundu baş tutsa da, tərəflər yeni atəşkəs sazişi ilə bağlı razılığa gələ bilməyiblər.

Seçilən
0
operativmm.az

1Mənbələr