AZ

Azərbaycan mədəniyyəti üçün ağır itkidir Video

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dünən acı xəbəri eşitdik və sarsıldıq. Elçin müəllimin itkisi Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox ağır itkidir. Bir məqamda təskinlik tapırsan ki, Elçin müəllimin yaşadığı həyat Azərbaycan dövləti qarşısında bir ictimai və dövlət xadimi kimi göstərdiyi xidmətlər, yazdığı romanlar, kino ssenariləri, pyesləri bizim ədəbi irsimizə daxildir".

Axşam.az xəbər verir ki, bu sözləri  Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid mediaya açıqlamasında deyib. O, ötən gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevlə bağlı xatirələrini bölüşüb:

"Bunlar bir çoxlarının ədəbi zövqünün formalaşmasında misilsiz rol oynayıb. İllər keçəcək, yeni nəsillər gələcək və onlar da Elçin müəllimin ədəbi irsindən faydalanacaqlar. Onlar bu romanları, pyesləri oxuduqca Azərbaycan dilinin zənginliyinə, yazıçısının insan psixologiyasının ən dərin qatlarına enməsinə heyran qalacaqlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
axsam.az

1Mənbələr