AZ

Qanunsuz silahla bağlı əməliyyat: 5 avtomat, 3 qumbara...

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb. 

Avqustun 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 11 tüfəng, 16 patron darağı və 792 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
49
36
xalqqazeti.az

10Mənbələr