AZ

SHXÇDX rəisi Qaxda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 22 avqust 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Qax rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Poliqon”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 15 avqust 2025-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Seçilən
20
poliqon.az

1Mənbələr