AZ

Azərbaycanın cüdo millisi Avropa Kubokunda birinci yeri tutdu

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında 26 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

News24.az  xəbər verir ki, son yarış günündə daha 2 idmançı qızıl medal əldə edib.

Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kq), Əbil Yusubov (73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medal əldə edib.

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.


Seçilən
75
11
news24.az

10Mənbələr