AZ

Bakıda Avropa Gimnastikasının təlim düşərgəsi başa çatıb

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda Avropa Gimnastikasının (EGF) himayəsi ilə keçirilən batut və tamblinq gimnastikası üzrə yay düşərgəsi başa çatıb.

İdman.biz xəbər verir ki, beynəlxalq ekspert və məşqçilərin rəhbərliyi altında Milli Gimnastika Arenasında 140-a yaxın idmançı iştirak edib.

Onların arasında Luis Nunes (Portuqaliya), Cenni Soderlund (İsveç), tamblinq gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi Adil Hüseynzadə və başqaları olub.

Qeyd edək ki, təlim-məşq toplanışı zamanı müxtəlif ölkələrin 11-18 yaşlı gimnastları təcrübəli mütəxəssislərin rəhbərliyi altında mövsümün ikinci yarısına hazırlaşmaq imkanı əldə ediblər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

2Mənbələr