AZ

İlham Əliyev ABŞ-də Paşinyanla görüşəcək

Bu sözləri Vaşinqtonda yaşayan Qafqaz məsələləri üzrə müxbir Aleks Raufoğlu çoxsaylı mənbələrə istinadən özünün "X" hesabındayazıb.O diqqətə çatdırıb ki, cümə günü ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görüşərək sülh müqaviləsi üzrə danışıqlar aparıblar. Beş saatlıq görüşdə tərəflər təsdiqləyiblər ki, ikitərəfli danışıqlar bütün məsələlərin müzakirəsi üçün ən effektiv formatdır. Beləliklə, konkret nəticələrə və qarşılıqlı etimadın möhkəmləndirilməsinə diqqət yetirməklə bu formatda danışıqların davamı üzrə razılaşıblar.

Firudin Həmidli
AzVision.az
Seçilən
3
1
azvision.az

2Mənbələr