Bu gün “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Medhiya QHT.az platformasının qonağı olub.
QHT.az xəbər verir ki, görüş zamanı QHT.az-ın rəhbəri Cəsarət Hüseyinzadə regional medianın fəaliyyəti, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, həmçinin region QHT-lərinin ehtiyac duyduqları dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər QHT.az platforması ilə “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi, informasiya dəstəyi və birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılıq əldə ediblər.