AZ

Aktyor Ramiz Məlikin doğum günüdür

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avqustun 4-ü Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Məlikin doğum günüdür.

Oxu.Az xatırladır ki, Ramiz Məlik 1943-cü ildə Bakıda dünyaya göz açıb.

O, 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilməyib. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb, 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

Ramiz Məlik 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Həmçinin Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" ("Bəhruz"), Əlibala Hacızadənin "İnanmırsansa…" ("Adil") , Nəriman Həsənzadənin "Kimin sualı var?" ("Ədalət") və s. əsərlərin tamaşalarında oynayıb.

Aktyor Ramiz Məlikin doğum günüdür

Aktyor"Ad günü", "Axırıncı aşırım", "Dağlarda döyüş", "O qızı tapın", "Yeddi oğul istərəm...", "Qəm pəncərəsi", "Qəzəlxan" kimi filmlərdə rol alıb. Ümumilikdə 60-a yaxın filmdə çəkilib.

Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1982-ci il dekabrın 1-də "Azərbaycan SSR Əməkdar artisti", 1998-ci il mayın 24-ü isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

2019-cu il oktyabrın 29-u Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü olub.

2023-cü il avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Ramiz Məlik 2023-cü il dekabrın 14-də 80 yaşında vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
oxu.az

2Mənbələr