AZ

Zelenski: "Canlı gördükləri hər şeyi öldürürlər"

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabındayazıb.O vurğulayıb ki, Rusiya Ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) yaralılar üçün köməyə gələn həkimləri də hədəfə alır.

"Bu, rus PUA-larının əli çatan hər şəhərdə, hər məntəqədə meydana gəlir. Dünyanın bu hərəkətləri dayandırmaq, insanları qorumaq üçün lazımınca gücü var. Rusiyanın enerji ticarətinə, bank sektoruna qarşı ikinci dərəcəli sanksiyaların irəli sürülməsi üzrə ABŞ-dən, Avropa İttifaqından və bütün dünyadan qəti qərarlar gözləyirik",– Zelenski bildirib.

Prezident həmçinin diqqətə çatdırıb ki, Ukrayna "müdafiənin gücləndirilməsi ilə əlaqədar tərəfdaşları ilə imzaladıqları sazişlərin icrasını səbirsizliklə gözləyir".

"Bu addımların gecikdiyi hər gün daha çox insan həyatını itirir",– o yazıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
4
1
azvision.az

2Mənbələr