Braziliyanın "Flamenqo" komandası Rusiyanın "Dinamo Moskva" komandasından kolumbiyalı futbolçu Xorxe Karraskalla müqavilə bağlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Flamenqo" klubu 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzaladığını açıqlayıb.
Transferin 12,5 milyon avroluq transfer haqqı ilə edildiyi iddia edilib.
Karraskal ötən mövsüm "Dinamo Moskva" 35 oyuna çıxıb, 8 qol vurub.
Fərid
MİA.AZ