AZ

Arif Babayevə ölmək üçün nə lazım idi? - Nadir Yalçın

Türkiyədə "TV8"də yayımlanan məşhur kulinariya yarışması “Master Chef 2025”in mövsümündə əsas heyət tam şəkildə bəlli olub.

Kulis.az xəbər verir ki, münsiflər kürsüsündə Mehmet Yalçınkaya, Somer Sivrioğlu və Danilo Zannanın əyləşdiyi yarışmanın sonuncu seçim mərhələsi avqustun 2-də baş tutub.

Final mərhələsində iştirakçılardan kabab və zəfəranla yaradıcı yemək hazırlamaları tələb olunub.

İkinci tura yüksələn altı iştirakçı – Yusuf, Edanur, Mert, İlhan, Elif və Sercan arasından İlhan Buğra Karabulut “ən uğurlu yemək”lə əsas heyətə seçilən son iştirakçı olub.

Aşpaz Somer İlhanın yeməyi haqda belə deyib: “Bu yemək ana südü kimi safdır. Zəfəranın şirin sousda istifadəsini ustalıqla nümayiş etdirmisən. Həqiqətən də ləzzətlidir.”

Beləliklə, aylarla davam edən seçim mərhələlərindən sonra “Master Chef 2025”in 20 nəfərlik əsas heyəti müəyyənləşib. Siyahıya daxil olan adlar aşağıdakılardır: Furkan Eylül, Çağatay Onur, Hilal Sercan, Ayla İhsan Ayten, Çağlar Sezer, Cansu Özkan, Gizem İrem, Hakan Tunahan, Sümeyye Merve və İlhan Buğra Karabulut.

Qeyd edək ki, "Master Chef" proqramı ekranlarda 2011-ci ildən yayımlanır.

Seçilən
0
kulis.az

1Mənbələr