AZ

Trampın gömrük tarifləri: Afrikanı Çin ələ keçirir

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək gömrük tarifləri, Afrikada bir çox ölkəni ciddi iqtisadi çətinliklərlə üz-üzə qoyub. Lakin bu vəziyyət, ABŞ-ın əsas rəqibi olan Çin üçün bir fürsətə çevrilir. Çünki Çin, Afrikalı ölkələrlə illərdir əməkdaşlıq quraraq, onlara iqtisadi yardımlar təklif edir.

Nigeriyalı iqtisadçı Bismark Rewane, CNN-ə verdiyi müsahibədə, “Afrika düz Çinin əlinə düşür” deyərək, bu dəyişimin Afrikanın Çinə daha yaxınlaşmasına səbəb olacağını vurğulayıb. Bu dəyişiklik, son illərdə Çin’in Afrika ilə ticarətinin artmasından sonra daha da güclənib.

Afrikada, Liviya, Cənubi Afrika, Əlcəzair və Tunis kimi ölkələr, Trampın tətbiq etdiyi tariflərlə qarşılaşan ilk ölkələrdən olub. Bu ölkələrdə ixracat tarifləri 25%-30% arasında dəyişir. Ümumilikdə, 18 digər Afrika ölkəsinə isə 15%-lik tarif tətbiq edilib.

Trampın tarifləri, ABŞ-ın ticarət defisitləri ilə əlaqədar olaraq tətbiq edilsə də, bəzi Afrikalı ölkələr bu qərarın qeyri-dəqiq ticarət məlumatlarına əsaslandığını və onun iqtisadiyyatlarına böyük ziyan vurduğunu bildirib. Məsələn, Cənubi Afrika, ABŞ-a olan 30% tarifə qarşı çıxıb.

Çin, ABŞ tariflərinin təsirlərini yüngülləşdirmək üçün iyun ayında Afrika ilə olan ticarət əlaqələrində gömrük rüsumlarını dayandırdığını açıqlayıb. Cənubi Afrika araşdırmaçısı Neo Letswalo, CNN-ə verdiyi bəyanatda, “Afrika ölkələrinin yalnız Çin ilə ticarət etməsi və onu növbəti ABŞ-a çevirməsi lazım olduğunu” bildirib.

Afrika ölkələri, Trampın tarifləri tətbiq etməsindən sonra Çinlə ticarət əlaqələrini artırmağa başladılar. Letswalo, ABŞ-ın Afrika ilə ticarətə dair imzaladığı heç bir müqavilənin olmamasını “Çin üçün açıq bir fürsət” olaraq qiymətləndirib.

Afrika ölkələrində, xüsusilə Lesoto və Cənubi Afrika kimi ölkələr, Trampın tariflərindən ciddi təsirlər alır. Lesoto, ABŞ ilə olan ticarət müqaviləsindən əvvəlki illərdə gömrük rüsumlarından azad idi, lakin tariflərin tətbiqi ilə ticarət sektoru çətin vəziyyətə düşüb.

Lesotonun Baş naziri Samuel Matekane, tariflərin və ABŞ tərəfindən dayandırılan yardımların ölkənin sənayelərini çökdürdüyünü və minlərlə iş yerinin itirilməsinə səbəb olduğunu bildirib.

Cənubi Afrika isə, sitrus meyvələrinin ABŞ-a ixracında tariflərin tətbiq edilməsindən narahatdır. Cənubi Afrika’nın sitrus yetişdiricilərinin nümayəndəsi, ABŞ bazarının önəmini vurğulayaraq, “Çin ilə daha geniş ticarət əlaqələri qurulsa belə, ABŞ bazarı hələ də prioritetdir,” deyə əlavə edib.

Lakin Letswalo, Afrikanın yalnız Çin ilə ticarət etməsinin risklərini də qeyd edib. O, Çin ilə ticarət edərkən, “Afrika ölkələrində yeni sənayelərin qorunması lazım olduğunu, əks halda Çin məhsullarının bazarı istila edəcəyini” bildirib. Həmçinin, Çin ilə ticarətin artıq balanssız olduğunu, bir çox Afrika ölkələrinin xammal ixrac etməsi, Çin’in isə hazır məhsullar ixrac etməsi məsələsini də vurğulayıb.

Cənubi Afrika Prezidenti Siril Ramaphosa, keçən il Çindəki həmkarı ilə görüşündə, Çin ilə ticarətin balanslı olması üçün müzakirələr apardığını açıqlayıb.

Afrika, Çin ilə ticarət əlaqələrini artırarkən, həm də daxili bazarlarını gücləndirməyə çalışmalıdır. Bu məqsədlə, 2020-ci ildə qurulmuş Afrika Qitəsi Azad Ticarət Sahəsi (AfCFTA) müqaviləsinin sürətlə tətbiq edilməsi vacibdir. Bu müqavilə, Afrika ölkələri arasında ticarəti artırmaq məqsədi güdür, amma tətbiqi hələ də yavaş irəliləyir.

Bismark Rewane isə, Trampın tariflərinin Afrika ölkələrini iqtisadi cəhətdən daha müstəqil etməyə yönəldəcəyini və qitənin “daha daxilə yönəlmiş olması” lazım olduğunu qeyd edib.cnn.com

Tərcümə Vətəninfo.az

Seçilən
5
veteninfo.az

1Mənbələr