Keçmiş UFC döyüşçüsü Həbib Nurmaqomedov İsraili dəstəklədiyi üçün Floyd Meyzever haqqında sərt açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, o, Meyvezerin etdiyini heç vaxt etməyəcəyini də bildirib:
"O videonu bu yaxınlarda gördüm və o ölkəni necə dəstəklədiyini gördüm. Bunun üçün ona pul ödədiklərini bilirdim. Çünki o, pul döyüşçüsüdür. Mən belə bir şeyi heç vaxt etməzdim. Çünki bir miras üçün döyüşürəm. Biz həqiqəti görəndə həmişə onun yanında oluruq".