Bakı. Trend:
Hazırda İranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin heç birmüfəttişi yoxdur.
Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.
Onun sözlərinə görə, İran dəfələrlə qeyd edib ki, Atom Enerjisiüzrə Beynəlxalq Agentliyin rəsmiləri öz vəzifələri əsasındaaddımlar atmalı və başqa ölkələrin təsiri altına düşməməlidir.
Bəqai bildirib ki, İran dəfələrlə AEBA-nın qeyri-texnikistrategiyasına öz etirazını elan edib.
“İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdürvə hərtərəfli qorunma (safeguards) razılaşması əsasında özöhdəliklərinə sadiqdir və qanuni şəkildə addımlar atmağı qarşıyaməqsəd qoyub”, - deyə o qeyd edib.
İran rəsmisi gələn 10 gün ərzində AEBA baş direktorununmüavininin İrana səfər edəcəyini və hazırkı xüsusi şərait haqdadanışıqlar aparılacağını qeyd edib.
Qeyd edək ki, 2023-cü ilin mart ayında İran və AEBA arasındarazılaşma əldə olunub və razılaşma üzrə bəyanat verilib.Razılaşmaya əsasən İranın AEBA ilə əməkdaşlığı nüvə silahlarınınyayılmamasına dair konvensiya (NPT) və qorunma (safeguards)çərçivəsindədir, eləcə də tərəflər İranın nüvə proqramı iləəlaqədar zənginləşdirilmiş uran maddələrinin mövcud olmasına dairirəli sürülən iddialar haqda bir-birləri ilə əməkdaşlıqetməlidirlər.
Əlavə edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA iləəməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dairqərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, AtomEnerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalarkeçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali MilliTəhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvəmərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyihalda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə veriləbilər.