Avqustun 3-ü Tərtər rayonunun Cəmilli kəndi ərazisində kanalda boğulma təhlükəsi ilə üzləşən şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Avqustun 3-ü saat 18 radələrində 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1976-cı il təvəllüdlü şəxsə başın və sol əlin açıq yarası, 1994-cü il təvəllüdlü şəxsə isə təşviş pozuntusu diaqnozu təyin edilib.
Hazırda hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir".
Xatırladaq ki, dörd nəfər şəxs Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovuşan-Goranboy magistral su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas ediblər. Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Natiq Namiq oğlu Hüseynovun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb. Kanalda boğularaq ölən şəxs - Natiq Namiq oğlu Hüseynov şəhid Adil Hüseynovun qardaşıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta