AZ

Trampı qəzəblədirəcək rədd cavabı

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Hindistan və Braziliya ABŞ-nin Rusiya neftinin alınmasını dayandırmaq tələbini rədd edib. 

Çin qəzeti Hindistanla Braziliyanın Rusiyadan enerji idxalı ilə maraqlandığını və ABŞ Prezidenti Donald Trampın hədələrinə tabe olmayacaqlarını yazıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Global Times” qəzeti Çinli mütəxəssislərə istinadən verdiyi məlumatda bildirilir.

Çin Sosial Elmlər Akademiyasının tədqiqatçısı Lu Syanq qəzetə verdiyi açıqlamada bildirib: 

“Trampın gömrük tarifləri müxtəlif ölkələrə ciddi zərbələr vurdu; passiv şəkildə fəlakəti gözləməkdənsə, itkiləri azaltmaq üçün möhkəm dayanmaq daha məqsədəuyğundur”. Luya görə, hər bir ölkənin öz qanuni maraqlarını qorumaq haqqı var və həm Braziliya, həm də Hindistan bu prinsiplə hərəkət edərək müstəqil xarici siyasət yürütməkdədir. 

O, Tramp administrasiyasının gömrük tariflərini üzləşdiyi bütün çətinliklərə qarşı "hər dərdin dərmanı" kimi gördüyünü, lakin reallığın bunun əksini göstərdiyini qeyd edib. Tsinxua Universiteti Milli Strategiya İnstitutunun Tədqiqatlar Şöbəsinin direktoru Çian Fenq bildirib ki, Hindistan ABŞ-nin təzyiqlərinə baxmayaraq, Rusiyadan neft alışını dayandırmayacaq. Onun sözlərinə görə, Hindistan neft çatışmazlığı olan ölkədir və Rusiya neftinin Yeni Dehliyə həm ucuz başa gəlməsi, həm də yüksək keyfiyyətli olması ilə yanaşı, iqtisadi inkişafı üçün də etibarlı təminat verir. 

Çian əlavə edib ki, Vaşinqtonun Yeni Dehliyə təzyiq göstərmək cəhdləri Hindistanı yenidən böyük güclər arasında balanslaşdırma siyasətinə qayıtmağa sövq edə bilər. Tramp daha əvvəl aralarında Hindistan və Braziliyanın da olduğu, Rusiyadan neft idxal edən ölkələrə qarşı tədbirlər görməyi planlaşdırdığını açıqlamışdı. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr