AZ

Kiyev rusların iddiasını təkizb edir | VİDEO

xəbər verir ki, o cümlədən “Rusiya baharının hərbi müxbirləri” Telegram-kanalının yaydığı məlumata əsasən, Rusiyanın Belqorod vilayəti ilə sərhəddə yerləşən Ukraynanın Derqaçevski rayonundakı“Qoptovka” keçid məntəqəsi rus hərbçilərinin nəzarəti altındadır.

Lakin Amerikanın “Müharibənin Tədqiqi İnstitutunun (ISW)” analitikləri bu məlumatın müstəqil mənbələr tərəfindən hələlik təsdiqini tapmadığını bildirirlər.

“Rusiyalı hərbi blogerlər Rusiya ordusunun Xarkov şəhərinin şimal-şərqindəki Volçanskda Volçya çayının qərb (sağ) sahilini ələ keçirdiyini iddia edirlər. Lakin bu iddialar hələ də təsdiqlənməyib və ehtimal ki, həqiqətə uyğun deyil”, - ISW.

Bundan əlavə, Rusiya qoşunlarının Kupyansk şəhərinin şimal hissəsində irəliləyişi ilə bağlı xəbərlərin də yalan olduğu üzə çıxıb.

- Avqustun 2 və 3-də rus qoşunları həqiqətən də Kupyanskın özündə, həmçinin Krasnoye Pervoye, Fiqolovka və Kamenka yaxınlığında (Kupyanskın şimal-şərqində), Qolubovka (şəhərin şimalında) və Stepova Novoselovka (şəhəri cənub-şərqi) yaxınlığında Ukrayna Silahlı qüvvələrinin mövqelərinə hücum ediblər”, - eyni zamanda xəbərdə etiraf olunur.

Lakin Rusiya mənbələrinin açıqlamalarına rəğmən, hazırda Rusiya ordusunun bu ərazilərdə əhəmiyyətli ərazi uğurları öz təsdiqini tapmır.

Xatırladaq ki, daha əvvəl ISW Rusiyanın Ukraynada ələ keçirdiyi aeroportu dronların hücumu üçün bazaya çevirdiyini yazmışdı.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
8
2
azvision.az

3Mənbələr