AZ

Günəş enerjisi istehsalı rekord səviyyədə artıb

“2025-ci ilin ilk yarısında Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə, 3.5 dəfə artaraq 314.6 mln. kVt·st olub”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-alim Vüqar Bayramov özü şəxsi “Facebook” səhfəsində paylaşıb.

Məlumatda qeyd olunur ki, bu dövrdə bərpa olunan enerji mənbələrindən istehsal 15 faizə yaxın artaraq 2 330,1 mln. kVt saata çatıb: 

“Bütövlükdə,həmin dövrdə ölkəmizdə elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub. Külək elektrik stansiyalarında isə 21,0 mln. kVt·st istehsal qeydiyyata alınıb.

Əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Bu ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir. 

Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu daha aşağı xərclə və qiymətlə enerji əldə edilməsinə imkan yarada bilər.

Eyni zamanda, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.

COP29-a ev sahibliyi edən Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir. Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsidir”.

"Cebheinfo.az"

Seçilən
25
3
cebheinfo.az

4Mənbələr