AZ

“Real”dan Braziliya klubuna

“Real”ın futbolçusu Reynier karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı oyunçu “Atletiko Mineyro” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Reynier Braziliya klubu ilə 4,5 illik müqavilə imzalayacaq.

Yarımmüdafiəçi 2020-ci ilin yanvarından “Real”ın formasını geyinir. O, buna qədər 4 dəfə icarəyə verilib və əsas komandada oyuna çıxmayıb.

Seçilən
5
futbolpress.az

1Mənbələr