AZ

Azərbaycanda son dörd mövsümdə stadionlara 1 milyona yaxın azarkeş gəlib

BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında son dörd mövsümün azarkeş sayı məlum olub.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son dörd mövsüm ərzində stadionlara 902 994 tamaşaçı gəlib.

2021/2022 mövsümünün 112 oyununda ümumilikdə 89 010 azarkeş matçları arenadan izləyib.

2022/2023 mövsümündə bu rəqəm 261 564, 2023/2024 mövsümündə 276 487, sonuncu - 2024/2025 mövsümündə isə 275 933-ə çatıb.

Hər üç mövsümdə 180 oyun təşkil olunub.

Seçilən
32
teleqraf.com

1Mənbələr