NBA-nın ulduz basketbolçusu Luka Donçiç çıxış etdiyi “Los-Anceles Leykers” komandası ilə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytında yer alan məlumatda deyilir ki, onunla sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub. Sloveniyalı oyunçu 3 il ərzində 165 milyon ABŞ dolları gəlir əldə edəcək.
2025-ci ilin fevral ayından Los-Anceles təmsilçisinin formasını geyinən Luka Donçiç bu müddət ərzində 28 oyunda orta hesabla 28,2 xal, 8,1 ribaund, 7,5 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb Salahov