Kabardin-Balkarda hüquq-mühafizə orqanlarına hücum planlaşdıran 3 nəfər məhv edilib.
Rusiya FSB Kabardin-Balkar Respublikasının Baksan rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum planlaşdıran üç silahlı şəxsi məhv edib. Agentlik onların həbs zamanı müqavimət göstərdiyini və cavab atəşi ilə zərərsizləşdirildiyini bildirib.
Bildirilir ki, qarşıdurma yerində iki əldəqayırma partlayıcı qurğu aşkarlanıb.