Olaylar.az xəbər verir ki, ZDF telekanalına müsahibəsində Kreçmer bildirib ki, Almaniya 2024-cü ildə "Bürgergeld" müavinətlərinə təxminən 47 milyard avro xərcləyib və bu rəqəmin azaldılması vacibdir. "Hesab edirəm ki, bu vəziyyətin düzgün olmadığı hər kəsə aydındır. Bu xərcləri azaltmaq lazımdır," - deyə o qeyd edib.
Kreçmer xüsusilə qeyd edib ki, bu vəsaitlərin necə istifadə olunduğu ciddi sual altındadır. "Çoxsaylı hallarda insanlar bu yardımı alsalar da, əslində buna ehtiyac duymurlar. Bu, xüsusilə sığınacaq axtaran şəxslərə aiddir. Ukraynalı qaçqınlarla bağlı bizi Fransa, Niderland, Polşa və Çexiya ilə müqayisə edirlər və orada işləyən qaçqınların faizi bizdən qat-qat yüksəkdir," - deyə o əlavə edib.
Qeyd edək ki, daha öncə Bavyeriya baş naziri və Xristian-Sosial İttifaqının (CSU) sədri Markus Zöder də Ukraynalı qaçqınlara "Bürgergeld" müavinətinin tamamilə ləğv edilməsini təklif etmişdi. Almaniyanın "Bild" qəzeti yazır ki, 2024-cü ildə bu müavinətlər üçün ayrılan 46,9 milyard avronun 22,2 milyardı Almaniya vətəndaşı olmayan şəxslərə ödənilib. Onların içərisində əsas qrup ukraynalılar olub - onlara təxminən 6,3 milyard avro vəsait ayrılıb.
"Bürgergeld" adətən işsiz qalan və ya maliyyə çətinliyi yaşayan Almaniya vətəndaşlarına və ya rezidentlərə verilir. Bu yardımın üstünlükləri arasında dərhal dil kurslarına və məşğulluq mərkəzlərinin təklif etdiyi məsləhət və ixtisasartırma xidmətlərinə çıxış, eləcə də tibbi sığorta və xidmətlərə dövlət tərəfindən təminat daxildir. Bu müavinət, adətən, iş tapılana qədər ödənilir. Yardımın məbləği isə adi qaçqın müavinətindən (təxminən 460 avro) 103 avro yüksəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31