XANKƏNDİ, 4 avqust. TELEQRAF
“Latviyanın Riqa şəhərindən gəlmişəm. Riqa Stradins Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışam və bu il məzun olmuşam. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Yay Düşərgəsində iştirak etmək mənim üçün böyük fəxrdir”.
Bu sözləri Teleqraf-a açıqlamasında Xankəndidə keçirilən Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçısı Ələşrəf Abdullayev deyib.
O bildirib ki, bu düşərgənin Xankəndidə keçirilməsi əlamətdar hadisədir:
“Burada iştirakçılar, illərlə Azərbaycana gəlməyən gənclər diskussiyalar aparır, tanış olurlar.
Mən bir il əvvəl də Xankəndidə olmuşdum. Bu dəfə gördüm ki, şəhərdə çox şey dəyişib. Tikinti və bərpa işləri geniş miqyasda aparılır. Şəhər getdikcə inkişaf edir və dirçəlir. Bu, bizim üçün qürurverici bir mənzərədir”.