AZ

Azad Xankəndidə olmaq hər bir azərbaycanlı gənc üçün böyük qürur və fəxarət mənbəyidir – Toğrul Əliyev

Xankəndi. Trend:

Azərbaycanın azad Xankəndisində olmaq hər bir azərbaycanlı gənc,həmçinin, mənim üçün böyük qürur və fəxarət mənbəyidir.

Trend xəbərverir ki, bunu İtaliyanın Genoa şəhərində yaşayan doktorant,beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçıToğrul Əliyev Xankəndidə keçirilən Diaspor Gənclərinin VI YayDüşərgəsinin açılış mərasimi çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

T.Əliyev vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi iləqüdrətli Azərbaycan ordusunun qazandığı zəfər və ondan sonra güclüquruculuq işləri ilə hər gün dirçələn şəhərlərə yeni nəfəs gəlməsigənclərə qürur və sevinc bəxş edir.

“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı iləkeçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edirəm.“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu tədbirdə dövlətrəsmiləri ilə çoxsaylı görüşlərimiz olacaq, eyni zamanda,Azərbaycanın milli, mədəni dəyərləri ilə daha yaxından tanışoluruq.

Dünyanın dörd bir yanından gəlmiş 100-dən çox azərbaycanlı gəncburada təmsil olunur, öz milli-mənəvi dəyərlərinə, kökünə, etnikkimliyinə yenidən sahib çıxır və bu dəyərləri mənimsəyir”, - deyə oqeyd edib.

Seçilən
16
az.trend.az

1Mənbələr