AZ

“RUSİZM”LƏ FAŞİZMİN OLMAYAN FƏRQİ... Azərbaycana çirkab atan “Komsomolskaya Pravda” dönüb Putinə baxırmı?

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycana qarşı çirkin kampaniyanın daha da qızışdığı Rusiya siyasi və media mühiti bu cəmiyyətdə qeyri-ruslara qarşı nə qədər böyük nifrətin və kin-küdurətin yığıldığını bir daha əyani şəkildə ortaya qoydu. Sanki bu adamlar bircə “fas” əmrini gözləyirdilər ki, Azərbaycana qarşı öz mənfur cəmdəklərində yığılıb qalmış çirkabı açıb çölə töksünlər...

Rusiyanın “Komsomolskaya Pravda” adlı nəşri Azərbaycana qarşı təbliğat kampaniyasında daha bir “yeniliyə” əl atıb. Qəzetdə ötən gün çıxan “Bakı Ukraynanın ardınca abidələrə müharibə elan edib” başlıqlı “məqalə”də iddia olunur ki, rus “sülhməramlılarının” Qarabağda quraşdırdığı Ayvazovskinin büstü guya rəssamın daşıdığı “qana görə”, yəni, erməni millətindən olduğu üçün sökülüb. Buna görə də yazının Perevozkina soyadlı müəllifi Azərbaycanı “faşist Almaniyası” ilə müqayisə edib. Perevozkina yox, daha çox “navozkina” imzasının yaraşdığı bu yazı bizim “Adımı sənə qoyum, səni yana-yana qoyum” atalar sözümüzü yada salır...

Birincisi, “Komsomolskaya Pravda” solovyovlardan, zatulinlərdən, simonyanlardan saxtakarlıq və həyasızlıq baxımından qətiyyən geri qalmadığını göstərir. Çünki Ayvazovskinin büstü rəssamın milləti yox, 2021-ci ildə Azərbaycanın icazəsi olmadan rus hərbi kontingenti tərəfindən özbaşına quraşdırıldığı üçün sökülüb. Rus təbliğatının bu isterikası isə əsas verir ki, təkcə Ayvazovskinin yox, rusların oraya quraşdırdığı bütün büstlər sökülsün, onların bütün mənfur izləri oradan silinsin və bununla da söhbət bağlansın. Azərbaycan bunun üçün bütün hüquqi əsaslara malikdir...

İkincisi, hazırda bütün dünyada faşizmin yeni sinonimi olan “rusizm” anlayışı mövcuddur ki, bu anlayış da müasir Rusiyanın Ukraynaya, digər qonşu dövlətlərə və hətta öz ərazisindəki qeyri-ruslara qarşı apardığı nasizmin əsəri kimi meydana çıxıb. Məhz Rusiyanın hazırda Ukraynaya qarşı apardığı müharibə, qeyri-ruslara qarşı açıq nifrət və ayrıseçkilik fəaliyyətləri, Rusiya daxilində vaxtilə Hitler faşizmində olduğu kimi qeyri millətləri “ovlamaqdan” ötrü yaradılan “drujinalar” Putin Rusiyasının Hitler Almaniyasının əsl prototipi olduğunu sübut edir. Məhz Rusiya soyuq qışın ortasında Ukraynanın enerji və istilik infrastrukturunu bombalayaraq, dinc əhalinin soyuqdan qırılmasına çalışdığı üçün əsl faşizmə əl atıb. Azərbaycan isə əksinə, bu faşizmin qarşısını almaq üçün Ukraynaya elektrik avadanlıqları şəklində humanitar yardım göndərib. Məhz Rusiya işğal olunmuş ərazilərdəki ukraynalı uşaqları oğurlayaq, hərbi cinayətlərin ən miskin, çirkin növlərindən birinə əl atıb. Məhz Rusiya Buça, İrpen, Mariupol kimi şəhərlərdə Hitler faşizminin belə həsəd aparacağı dərəcədə qəddarlıq, qətliamlar törədib və bu gün də elə bir gün yoxdur ki, Ukraynada uşaq, qadın, qoca öldürməsin. Məhz bugünkü Rusiyada qeyri-millətlər xarici görünüşünə, dərisinin rənginə, milli və dini mənsubiyyətinə görə təqib və təhdid olunur, haqsız yerə həbs və təhqir edilir, onların övladlarının isə orta məktəblərdə təhsil almaması üçün xüsusi qanunlar qəbul olunur və sair.

Nəhayət, məhz Rusiyanın 366-cı alayı Xocalıdakı qətliamda erməni faşizminin bir nömrəli şəriyi və himayədarı kimi iştirak edib, məhz rus ordsusu Bakıda 20 yanvar qırğınını törədib. Bu “məhzləri” uzatdıqca uzatmaq olar və bütün bunlar Azərbaycana, Qarabağa heç bir aidiyyatı olmayan bir rəssamın Xankəndində qanunsuz quraşdırılan büstünün haqlı olaraq sökülməsindən fərqli olaraq, bəraəti olmayan vəhşi, faşist, cinayətkar əməllərdir.

Odur ki, “rusizm”in övladları və təbliğatçıları dönüb öz rəhbərlərinə, öz ordularına, cəmiyyətlərinə və bir də güzgüyə baxsalar, daha yaxşı olar. Onda görərlər ki, əsl faşist dövlətinin adı məhz indiki Rusiyadır!

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr