Pənahəli xanın kötücəsi Zeynəb Əkbərova babasının tikdirdiyi şəhərdə olduğundan çox qürur duyduğunu bildirib.
O, "Report"un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında hazırda İspaniyanın paytaxtı Madrid şəhərində yaşadığını söyləyib.
"Mən Pənahəli xanın nəslindənəm. Madrid şəhərində yaşayıram, 19 yaşım var. Bura gəldiyim üçün həm çox həyəcanlı, həm də qürurluyam. Çünki ulu babamın tikdirdiyi bu şəhərdə keçirilən tədbirdən gözləntilərim çoxdur", - Z.Əkbərova qeyd edib.
Qeyd edək ki, Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir