Cənubi Koreyanın Müdafiə Nazirliyi “koreyalararası gərginliyi” azaltmaq məqsədilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) yönəlmiş təbliğat xarakterli yayımlar üçün səsgücləndiriciləri yığışdırmağa başlayıb. Bu barədə avqustun 4-də “Yonhap” xəbər agentliyi məlumat yayıb.
“Bazar ertəsi (4 avqust — Red.) Cənubi Koreya KXDR ilə sərhəddə quraşdırılmış təbliğat yayımları üçün səsgücləndiriciləri sökməyə başladı”, - nəşr yazır.
Qeyd olunur ki, Cənubi Koreya prezidenti Li Çje Men hələ iyun ayında “etimadın bərpası” məqsədilə KXDR-ə yönəlmiş təbliğat xarakterli çıxışların yayımının dayandırılması barədə göstəriş verib.
Cənubi Koreya Müdafiə Nazirliyindən adı çəkilməyən mənbələr bu addımı dövlətlərarası gərginliyi azaltmaq və yumşaltmaq üçün “praktiki tədbirlərin” bir hissəsi adlandırıblar. Bununla belə, onlar aydınlaşdırıblar ki, bu, onların ölkələrinin silahlı qüvvələrinin hazırlıq vəziyyətinə təsir etməyəcək.
Almaz Həsənli