AZ

Skuterlərlə bağlı qaydalar sərtləşdirilməlidir -

Son vaxtlar skuterlərdən istifadə artdıqca onların iştirakı ilə baş verən qəzaların sayında da artım hiss olunur. Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, skuterlərlə bağlı konkret qanun və ya ayrıca qayda yoxdur. Lakin yol hərəkəti qaydalarında inzibati xətalar kimi nəzərdə tutulan müəyyən tələblər var və onlara əməl olunmalıdır: "Skuter, əslində, velosipedə bənzər bir nəqliyyat vasitəsidir və müvafiq şəkildə təchiz olunmalı, standartlara uyğun təmin edilməlidir. Əgər bu vasitələr üçün ayrıca yollar ayrılırsa, o zaman onların istifadəsi ilə bağlı da yeni qaydalar yaradılmalıdır. Həmçinin cəzalar tətbiq olunmalı, bəzi hallarda bu cəzalar sərtləşdirilməlidir. Skuter idarə edən şəxs yol hərəkəti qaydalarına əməl etməli, nəqliyyatın ümumi axınını nəzərə almalıdır".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
97
metbuat.az

1Mənbələr