AZ

Yeniyetmə məhkumların sosial adaptasiyası istiqamətində tədbir keçirildi

BAKI, 4 avqust. TELEQRAF

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan yeniyetmə məhkumların hüquq və azadlıqlarıın təmin olunması, onların sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində təlim keçirilib.

Bu barədə Teleqraf-a Penitensiar xidmətdən məlumat verilib.

“Özünü tanıma – düşüncə və yanaşma” devizi altında təşkil olunmuş təlimin əsas məqsədi yetkinlik yaşına çatmayan məhkumların asudə vaxtının səmərəli təşkili, onların dünya görüşlərinin və biliklərinin artırılması, eyni zamanda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə işinin həyata keçirilməsi olub.

Açılış nitqlərindən sonra təlimçi mütəxəssis tərəfindən mövzuya uyğun olaraq yeniyetmələr üçüntəqdimat edilib, xüsusi interraktiv oyunlar keçirilib, onları maraqlandıran məsələr ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr