AZ

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Azərbaycandan Türkiyəyə 86 min 475 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 3,17 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,50 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 403 min 486 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,48 faiz azdır.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 0,01 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Seçilən
27
3
turkic.world

4Mənbələr