AZ

Qazaxıstanda nazir müavini saxlanılıb

BAKI, TurkicWorld

Qazaxıstanın milli təhlükəsizlik komitəsi ölkənin nəqliyyat nazirinin müavini Satjan Ablaliyevin saxılanılması barədə yayılan məlumatı təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə xüsusi xidmət orqanının "Telegram" kanalında məlumat yayılıb.

Bundan əvvəl qeyd olunan məmurun qanunsuz himayədarlıq müqabilində alınan 78 min dollarlıq rüşvətdə adı hallanmışdı.

"Korrupsiyaya qarşı mübarizə xidməti tərəfindən rüşvət almaqda şübhəli bilinən Qazaxıstan Respublikasının nəqliyyat nazirinin müavini saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib", – məlumatda deyilir.

Komitədə əlavə edilib ki, Respublikanın Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq, iş üzrə təfərrüat açıqlanmır.

Satjan Ablaliyev 2023-cü ilin oktyabrından etibarən nəqliyyat nazirinin müavini vəzifəsini tutur.

Seçilən
13
1
turkic.world

2Mənbələr