BAKI, 4 avqust. TELEQRAF
“Qonşuların digər aktorlarla münasibətləri İrana qarşı yönəlməməlidir”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə müsahibəsində İrəvanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmasına Tehranın münasibətini şərh edərkən deyib.
“İran üçün vacibdir ki, heç bir qonşu dövlətin digər dövlətlərlə münasibətlərindən İrana qarşı istifadə olunmasın. Bu, həm də beynəlxalq hüququn hər hansı dövlətin ərazisi və ya imkanlarından başqa dövlətə qarşı istifadəsini qadağan edən prinsiplərindən irəli gəlir. Hesab edirəm ki, Ermənistan bu mühüm prinsipi çox yaxşı başa düşür. Beləliklə, İran üçün vacibdir ki, qonşularının digər aktorlarla münasibətləri heç vaxt və heç bir şəkildə İranın maraqlarına qarşı yönəlməsin”, - diplomat vurğulayıb.