"Liverpul" hücumçusu Darvin Nunyesin dəyərini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi uruqvaylı futbolçu üçün 70 milyon avro tələb edir. Hazırda ona ən yaxşı təklif Səudiyyə Ərəbistanından gəlib.
Bu barədə ingilis jurnalist Ben Ceykobs məlumat yayıb.
Nunyes 2022-ci ildən "Liverpul"da çıxış edir. "Qırmızılar" onu transfer etmək üçün "Benfika"ya 85 milyon avro ödəyib.