AZ

İsveçrə ABŞ ilə ticarət danışıqlarının uğursuzluğuna görə günahkar axtarır

ain.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçrə ABŞ ilə ticarət danışıqlarının uğursuzluğuna görə günahkar axtarır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) avqustun 1-də ölkəyə qarşı 39%-lik ixrac rüsumunun tətbiqi barədə açıqlamasından sonra İsveçrədə günahkarların axtarışına başlanılıb. Bu barədə Financial Times (FT) məlumat yayıb.

Nəşr adı açıqlanmayan keçmiş isveçrəli diplomatın obrazlı ifadəsinə istinad edir..

Məqalədə qeyd olunduğu kimi, ən böyük tənqid İsveçrə prezidentinə və Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Sutterə yönəlib, o, mövcud vəziyyəti ciddi şəkildə qiymətləndirməməkdə və Bern ilə Vaşinqton arasında müzakirə olunan ticarət sazişinin ölkəni yüksək tariflərin tətbiqindən qorumağa qadir olduğuna həddən artıq əmin olmaqda ittiham olunur.

“Financial Times” qeyd edir ki, İsveçrə ABŞ iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyuluşu müqabilində ABŞ-ın 10%-lik rüsum tətbiq etməsinə razılıq verməyə hazır idi. Bu ilin iyulunda Keller-Sutterin özü ABŞ prezidenti Donald Trampla dil tapdığını iddia etmişdi. Bloomberg bu yaxınlarda Trampın Kanada, Tayvan, İsveçrə və bir sıra digər ölkələrə ticarət tariflərini artırmaq qərarına gəldiyini bildirmişdi. Agentliyin məlumatına görə, tariflərdə ən çox artım Laos və Myanmada (40%), həmçinin İsveçrədə (39%) qeydə alınıb. Ağ Ev rəhbəri Kanadaya 35%, Cənubi Afrika Respublikasına (CAR) 30%, Tayvan və Şri Lankaya 20%, İsrailə 15%, Venesuelaya 5% tariflər tətbiq edib.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
oxumeni.az

2Mənbələr