AZ

Rusiya ərazisində növbəti güclü ZƏLZƏLƏ

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sakit okeanda Şimali Kuril adaları yaxınlığında 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Modern.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat verib.

Zəlzələnin episentri Şimali-Kurilsk şəhərindən 232 km cənub-şərqdə yerləşib, ocağı dəniz dibindən 62 km dərinlikdə olub.

Şimali-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
15
modern.az

10Mənbələr