AZ

Polis 14,5 kq narkotik aşkarlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 2-də və 3-də ümumi çəkisi 14,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 464 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 331 kiloqram çəkidə 612 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
70
25
unikal.az

10Mənbələr