AZ

"Levski"nin baş məşqçisi "Sabah"a qarşı oyun fəlsəfəsini açıqladı

BAKI. 4 avqust. TELEQRAF

"Artıq "Sabah"la avqustun 7-də keçirəcəyimiz matçı düşünürəm".

Teleqraf xəbər verir ki, bunu "Levski"nin baş məşqçisi Xulio Velaskes evdə "Slaviya" üzərində 2:0 hesablı qələbə qazandıqları Bolqarıstan çempionatının III tur matçından sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssisin sözlərinə görə, futbolda ən yaxşı hal komanda və azarkeşlər arasında əlaqənin yaradılmasıdır: "Belə azarkeşlər qarşısında oynamaq inanılmazdır. Onlara dərin təşəkkürümü bildirirəm. Biz bunların hamısını hiss edirik. Komanda xeyli enerjilidir, bütün oyunlarda futbolçular əllərindən gələni əsirgəmirlər. Azarkeşlər də bunu qiymətləndirirlər. Bizim müstəsna kollektivimiz var və komanda ideyasının hiss olunduğunu dəyərləndirirəm".

O, hədəflərinin yaxşı oynayıb qələbə qazanmaqdan ibarət olduğunu da diqqətə çatdırıb: "Fəlsəfəmiz top buraxmamaq yox, daim rəqib qapısı qarşısında qol arayışlarında olmaqdır. Lakin bu, bizi müdafiədə məsuliyyətdən azad etmir. Son nəticədə yaxşı hücum ediriksə, deməli, müdafiəmiz də yaxşıdır. Hücumda yaxşı təşkilatlanmış komanda olmaq istəyirik. Daim yaxından oynamağı bacarmalıyıq. Bütün bunlar bizə topu daha tez ələ keçirməkdə yardımçı olur. Biz yaxşı müdafiəyə əsaslanaraq, hücumda variantlar axtaran yox, tam əksini icra edən komandalardanıq. Çox şadıq ki, bugünkü matçdan sonra 3 oyundan 3 qələbəmiz var".

Qeyd edək ki, "Levski" və "Sabah" arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab görüşü avqustun 14-də Masazırda olacaq.

Seçilən
3
teleqraf.com

1Mənbələr