AZ

Bu ilin II rübündə gəmilər və sahil obyektləri üzrə təhvil verilmiş tullantıların həcmi açıqlanıb » AzadMedia.az


AZCON Holding şirkətlərindən olan ASCO-da ekologiyanın mühafizəsi əməliyyatların ayrılmaz tərkib hissəsi hesab edilir. Bu baxımdan gəmilərin istismarı, eləcə də sahil obyektlərində görülən işlər zamanı yaranmış tullantıların ətraf mühitə təsirinin minumuma endirilməsi məqsədilə sistemli qabaqlayıcı tədbirlər həyata keçirilir və bu proses daimi nəzarətdə saxlanılır.

2025-ci ilin aprel-iyun aylarının nəticələrinə görə, ASCO gəmilərindən 44 m³ plastmas, 213.8 m³ qida qalığı, 287.3 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 20.7 m³ istismar tullantısı, 97.2 m³ neft qalığı-şlam, 1632.89 m³ döşəməaltı lyal su, 48528 m³ məişət təsərrüfat çirkab su texniki resurslara malik müvafiq sertifikasiyalı qurumlara təhvil verilməklə, ərazilərdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 7.58 ton yanmış qəlib qumu, 777.4 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 41895 ton məişət çirkab suyu, 771.9 ton neftli döşəməaltı-lyal su, 108.2 ton sürtgü yağı, 2234.68 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal və s), 360.64 m³ qida qalığı, 148.5 m³ polimer əsaslı və plastmas tullantı, 24.85 m³ yağlı və neftli tullantı, 81.38 m³ rezin tullantı, 132.3 m³ istismar tullantı, 0.006 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə ümumilikdə 0.43 ton kağız, 0.52 ton plastmas, 14.9 ton qara metal və 5.4 ton əlvan metal təkrar emala göndərilib.
Seçilən
31
5
azadmedia.az

6Mənbələr