Çin Qərb müdafiə sənayesinin ehtiyac duyduğu əsas mineralların ixracına sərt məhdudiyyətlər tətbiq edib.
Doğru.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri şirkət mənbələrinə istinadla məlumat yayıb. Bildirilib ki, Çin bu addımı ilə Qərb müdafiə istehsalçılarını ciddi çətinliklə üz-üzə qoyub.
“Çin Qərb müdafiə istehsalçılarına kritik mineralların tədarükünü məhdudlaşdırır, istehsalı gecikdirir və şirkətləri güllələrdən tutmuş döyüş təyyarələrinə qədər hər şeyi hazırlamaq üçün lazım olan mineralların tədarükü üçün dünyanı gəzməyə məcbur edir”, – deyə məqalədə vurğulanıb.
Məlumata görə, Qərb hərbi-sənaye kompleksinə lazım olan bəzi materiallar hazırda əvvəlki dövrlərlə müqayisədə 5 dəfə bahalaşıb.
Bundan əlavə, qərbli alıcılar bildiriblər ki, Çin alınan faydalı qazıntıların hərbi məqsədlərlə istifadə olunmadığını sübut etmək üçün onların təyinatı barədə detallı məlumat tələb edir.
DOĞRU.AZ